Son yeniləmə: 2 Noyabr 2021 23:58
Bayraqdar.info – Türkiyə Batı Trakyadakı türkləri daim diqqətdə saxlayır. Bu günlərdə isə Türkiyənin Batı Trakyada, Gümülçine Baş konsulu Murat Ömeroğlu İskeçenin seçilmiş müftisi Ahmet Meteni ziyarət edib.
Bu barədə birlikgazetesi.org saytı məlumat verib.
Bildirilib ki, ziyarətlə bağlı İskecenin Seçilmiş Müftiliyindən verilən açıqlamada aşağıdakı fikirlər öz əksini tapıb: “Türkiyənin Gümülcine Baş konsulu Murat Ömeroğlu vitse-konsul Subutay Koç ilə birlikdə İskeçenin seçilmiş müftisi Ahmet Meteni kabinetində ziyarət ediblər. Ziyarət çərçivəsində onlar məsləhətləşmək və cari məsələlər ətrafında danışmaq imkanı əldə ediblər”.