Bayraqdar.info – Təhsildə Keyfiyyət Təminatı Agentliyi oktyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Oktyabr ayı üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Xəbər bayraqdar.info-ya noyabrın 3-də Təhsil Nazirliyindən verilib.
“Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, minimal müddətin ödənilməməsi səbəbi ilə 20, təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
“Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 95, Rusiyadan 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.
“Ən çox müraciət olunan ixtisaslar isə iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb”, – deyə xəbərdə bildirilir.
Nazirlikdən qeyd edilib ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib.