Press "Enter" to skip to content

“4.4 Qısa Tamaşalar Festivalı” davam edir

Bayraqdar.info– Noyabrın 2-də Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edib. Akademik Musiqili Teatrında baş tutan festivalın ikinci günü 5 tamaşa təqdim edilib. Tamaşaların nümayişindən öncə ötən günün qısa videoicmalı nümayiş olunub.

Xəbər bayraqdar.info-ya noyabrın 3-də Mədəniyyət Nazirliyindən verilib.

“44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı”nın direktoru Elçin Cəfərov çıxış edərək, qonaqları salamlayıb, iştirakçılara uğurlar arzulayıb.

“Sonra proqramda olan tamaşaların rejissorları səhnəyə dəvət olunub, Müstəqil Human teatrının “Storyboard” (müəllif Abdulla Elşadlı, rejissor Elvin Rüstəmzadə, Abdulla Elşadlı), Dövlət Gənc Tamaşaçılar Teatrının “Zəfər yolu” (müəllif və rej. İsa Əsədov), Samir Qulamovun müəllifi və rejissoru olduğu “Bir nəfəs qədər”, Füzuli Dövlət Dram Teatrının “Dönüş” (müəllif və rej. Nicat Mirzəzadə) və Şamaxı teatrının “Ocaq” (müəllif və rejissor Ruslan Adıgözəlov) tamaşaları nümayiş olunub.

“Sonda münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə maraqlı müzakirə keçirilib. Müzakirədə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, münsiflər Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayev çıxış ediblər. Onlar tamaşalar barəsində fikirlərini iştirakçılarla bölüşüblər. Daha sonra söz iştirakçılara verilib və onlar festival haqqında öz fikirlərini bölüşüblər.

“Günün sonunda Xalq artisti Pərviz Məmmədrzayevin iştirakı ilə “Bədən dili” adlı vörkşop keçirilib. Vörkşopda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib”, – deyə xəbərdə bildirilir.

Nazirlik xatırladır ki, 4.4 Qısa Tamaşalar Festivalı” noyabrın 5-dək davam edəcək.

Mission News Theme by Compete Themes.