Press "Enter" to skip to content

Yunanıstan mediasında Nizami Gəncəvi haqqında məqalə

Son yeniləmə: 2 Noyabr 2021 17:34

Bayraqdar.info – Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında “Nizami Gəncəvinin yaradıcılığında insan hüquqlarının təbliği” sərlövhəli məqalə yerləşdirilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 2-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məqalə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Assosiasiyasının baş katibi Salatın Məmmədli tərəfindən qələmə alınıb.

Məqalədə XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin demokratik, humanist, sosial ədalət və bərabərlik ideyalarının parlaq təbliğatçısı olduğuna, bəşəriyyətin xoşbəxt gələcəyini arzuladığına diqqət cəlb edilib. “Nizami öz dövrünün bənzərsiz humanist mütəfəkkiri idi. Bunu onun əsərlərində irəli sürdüyü ictimai-siyasi ideyaların məzmunu təsdiqləyir”, – deyə müəllif vurğulayıb.

Mission News Theme by Compete Themes.