Press "Enter" to skip to content

“Şuşa, sən azadsan!” sənədli filmi gəlir

Bayraqdar.info – Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Bu barədə noyabrın 2-də Bakı Media Mərkəzindən bayraqdar.info-ya məlumat verilib.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

https://www.youtube.com/watch?v=jlSYMTQVzKY

Mission News Theme by Compete Themes.