Press "Enter" to skip to content

“Saxta xalça məhsullarının müəyyən edilməsi” mövzusunda təlim

Bayraqdar.info – Noyabrın 1-də Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük əməkdaşları üçün “Saxta xalça məhsullarının müəyyən edilməsi” mövzusunda təlim başlayıb.

Bu barədə noyabrın 2-də bayraqdar.info-ya DGK-dan xəbər verilib.

Xəbərdə bildirilir ki, təlim gömrük əməkdaşlarının bu sahədəki bilik və bacarıqlarının daha da artırılması məqsədilə keçirilir. Tədbirin əvvəlində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini Elmir Quliyev, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin dəhlizlərinin idarəolunması şöbəsinin rəisi Vasif Qurbanov təlimin məqsədi barədə iştirakçıları məlumatlandırıblar.

“Daha sonra təlimçilər “Azərxalça” ASC-nin istehsal etdiyi məhsullara verilən sertifikat nümunələri, xalça məhsulları üzərinə vurulan etiket formaları və QR kodlardan istifadə qaydaları haqqında gömrükçüləri məlumatlandırıb. Eləcə də, xalçaların eyniləşdirmə metodları ilə bağlı onları maraqlandıran sualları cavablandırıblar.

“4 gün davam edəcək təlimlər “Azərxalça”nın mütəxəssisləri keçir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.