Press "Enter" to skip to content

“Pandemiyanın uzanması psixoloji problemləri kəskinləşdirə bilər” – həkim rəyi

Bayraqdar.info – “Pandemiya prosesinin uzanması bu dövrdə yaranan psixoloji problemləri də kəskinləşdirə bilər”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert Gülnarə Musabəyova deyib.

Onun sözlərinə görə, psixi sağlamlığın qorunması üçün verilən tövsiyələrə məhəl qoymamaq daimi psixoloji problemlərə səbəb ola bilər: “Bundan əlavə, prosesin uzanması insanlarda pessimist düşüncələrin güclənməsinə gətirib çıxara bilər ki bu da psixoloji problemləri daha da artırır. Bu səbəbdən xəstələnib sağalan adam bu prosesin müvəqqəti olduğunu anlamalıdır. Ailə üzvlərimizin və davamlı ünsiyyətdə olduğumuz insanların üzərinə də müəyyən məsuliyyət düşür. Davamlı olaraq bədbin fikirlər səsləndirmək, söhbətləri tamamilə pandemiya və onun yaratdığı neqativlər əsasında aparmaq psixi sağlamlığa mənfi təsir göstərir. Əhəmiyyətli olan bütün lazımi tədbirləri görüb bu prosesi sağlam şəkildə uğurla keçməkdir.

“Evdə keyfiyyətli vaxt keçirmək, qidalanmağa diqqət etmək, idmana vaxt ayırmaq, sosial media, televiziya xəbərlərinə ayrılan vaxtı isə məhdudlaşdırmaq lazımdır. Bu tədbirlərə baxmayaraq, narahatlığını, stresslə bağlı mənfiliklərini və pessimist düşüncələrini aşa bilməyən insanların peşəkar mütəxxəssisdən dəstək alması çox vacibdir. Psixi sağlamlıq problemləri nə qədər gecikirsə, müalicə prosesi bir o qədər ağırlaşır. Bilməliyik ki, bu prosesdə biz tək deyilik”, – deyə həkim bildirir.

Mission News Theme by Compete Themes.