Bayraqdar.info – Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 4G istifadəçilərinin sayı 2021-ci ilin 9 ayı ərzində ümumilikdə 23 faiz artıb. Artıma hər bir abunəçinin ehtiyaclarına uyğun xüsusi təkliflərin təqdim olunması, Bakı və regionlarda yeni baza stansiyalarının quraşdırılması, eyni zamanda şəbəkə üzrə davamlı optimallaşdırma işləri səbəb olub.
Bu barədə bayraqdar.info-ya verilən məlumatda o da qeyd edilir ki, mobil operatorun 4G istifadəçilərinin 62 faizi paytaxt Bakının, 38 faizi isə regionların payına düşür.
“Nar”ın 4G istifadəçiləri sərfəli şərtlərlə müxtəlif ölçülü internet paketlərindən yararlanır, eyni zamanda ölkədaxili dəqiqələr, bol internet və bonusları özündə birləşdirən “FULL” paketlərini seçirlər.
Vurğulanır ki, “Nar” şəbəkəsi 8780-dən artıq baza stansiyası ilə ölkə əhalisinin 99,9 fazini, ölkə ərazisinin 90 faizini şəbəkə ilə əhatə edib.