Son yeniləmə: 24 Noyabr 2021 11:22
Bayraqdar.info – Oktyabrın 30-da İranın fars-molla rejimi Güney Azərbaycanlı türk milli-mədəni fəal Vədud Əsədini Rəşt şəhərində həbs edib.
Bu haqda xəbəri ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) noyabrın 1-də yayıb.
Xəbərdə deyilir ki, V.Əsədi bəlli olmayan bir yerə aparılıb.
Milli-mədəni fəalı həbs edən təhlükəsizlik qüvvələri məmurları onun evində axtarış da apararaq şəxsi telefonunu müsadirə ediblər. Eyni zamanda ailə üzvlərinin şəxsi telefonları da müsadirə edilib.
V.Əsədinin daha öncə də həbs edildiyi bildirilir. O da qeyd edilir ki, V.Əsədinin nə səbəbdən həbs edildiyi bəlli deyil.
[…] Molla rejimi daha bir milli fəalı həbs edib […]
[…] Molla rejimi daha bir milli fəalı həbs edib […]