Press "Enter" to skip to content

KKTC-də erkən seçim hökuməti qurulacaq

Faiz Sucuoğlu

Son yeniləmə: 2 Noyabr 2021 09:11

Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatardan hökuməti qurmaq səlahiyyəti alan Ulusal Birlik Partiyasının genel başqanı Faiz Sucuoğlu parlamentdə təmsil olunan partiyalarla görüşlər keçirəcək. Bu barədə onun özü bildirib.

“Erkən seçim dekabrın sonu, yanvar, yaxud da fevralda ola bilər. İstənilən halda erkən seçim qapıdadır və bir erkən seçim hökuməti qurulacaq” – deyə, o, bəyan edib.

UBP genel başqanı BRT telekanalında telefonla qatıldığı canlı yayında noyabrın 1-də partiyadaxili müzakirələr aparıldığını və ortaq məxrəcə gəlindiyini deyib. Siyasi partiyalarla görüşləri çərşənbə gününə kimi tamamlamağı planlaşdıran F.Sucuoğlu cümə axşamı yenidən Cümhurbaşqanı ilə görüşəcəyini bəyan edib.

Mission News Theme by Compete Themes.