Bayraqdar.info – Noyabrın 1-də Türkiyədə səfərdə olan təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvarla görüşüb.
Bu barədə xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
Xəbərdə bildirilir ki, görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrdən məmnunluq hissi ifadə olunub. “2019-2023-cü illər üçün Azərbaycanın ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında ikili diplom proqramının əhəmiyyəti vurğulanıb”, – deyə xəbərdə bildirilir.