Press "Enter" to skip to content

BNA 180 küçə və prospektdə pandus qurub

Bayraqdar.info – Əlilliyi olan şəxslərin rahat hərəkəti baxımından panduslar şəhər nəqliyyatında mühüm əhəmiyyətə malikdir.

Əlçatanlığın təmin olunması üçün paytaxt Bakıda müvafiq işlər görülür. Dövlət başçısının əlilliyi olan şəxslərin yol infrastrukturundan rahat istifadəsini təmin etməklə bağlı tapşırığına uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən panduslar inşa olunur. Agentlik tərəfindən indiyə qədər 180 küçə və prospektdə panduslar inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib.

Bu barədə bayraqdar.info-ya BNA-dan məlumat verilib.

Məlumatda pandusların tarixinə də nəzər salınır. Pandusların ilk dəfə inşası İngiltərədə 1930-cu illərə təsadüf edir. Daha sonra panduslardan istifadə 1940-cı illərdə ABŞ-ın Miçiqan ştatının Kalamazu şəhərində pilot layihə kimi baş tutub.

Panduslar inşa edilərkən əlilliyi olan şəxslərin rahat və maneəsiz hərəkəti üçün müəyyən standartlar mövcuddur. Dünya təcrübəsində pandusun maililiyi 8-10 % olaraq müəyyən edilib.

Mission News Theme by Compete Themes.