Press "Enter" to skip to content

Azərbaycanla Estoniya arasında “ağıllı şəhər”ə dair müzakirələr

Bayraqdar.info – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya – Azərbaycan parlament qrupunun Bakıya gələn rəhbəri Sven Sesterlə görüşüb.

Bu xəbər noyabrın 2-də bayraqdar.info-ya Nazirlikdən verilib.

“Görüş zamanı bildirilib ki, Azərbaycanla Estoniya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün güclü potensial mövcuddur.

“Estoniyanın rəqəmsal dövlət xidmətləri, innovasiya və startap ekosistemi, eləcə də, digər texnoloji indikatorlar üzrə Avropa ölkələri arasında ilk sıralarda yer aldığı vurğulanıb. Rəqəmsal transformasiyanın Azərbaycan Hökumətinin gündəliyində əsas yerlərdən birini tutduğu diqqətə çatdırılıb.

“Sonra iki ölkə arasında innovasiya, rəqəmsallaşma və “ağıllı şəhər” layihələri sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.” Xəbərdə belə bildirilir.

Mission News Theme by Compete Themes.