Press "Enter" to skip to content

“ASAN məktub” Şəmkirin dağ kəndlərində

Bayraqdar.info – Şəmkir rayonunun ən ucqar kəndlərindən olan Ələsgərli və Dağ Daşbulaqda 57 aztəminatlı uşağın əlçatan arzuları gerçək olub. Bu arzular “ASAN Könüllüləri” Təşkilatı və 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Nurlan Həsənovun birgə təşkilatçılığı ilə “ASAN məktub” sosial proqramı çərçivəsində reallaşıb.

Bu barədə bayraqdar.info-ya noyabrın 2-də “ASAN xidmət”dən məlumat verilib.

Qeyd edilib ki, proqram çərçivəsində həyata keçirilən bu təşəbbüs ilə www.asanmektub.az saytına məktub göndərən uşaqların arzuları tez bir zamanda hədiyyə olaraq çatdırılıb.

Vətəndaşlarla yanaşı, bir sıra sahibkarlar da bu təşəbbüsün həyata keçirilməsinə öz töhfələrini veriblər.

Mission News Theme by Compete Themes.