Press "Enter" to skip to content

2021-ci il üzrə iş planı tam yerinə yetirilib

Xarici İşlər Nazirliyi

Bayraqdar.info – 27-28 oktyabr tarixlərində Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib. İclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 2-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tərəflər, Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.

Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Mission News Theme by Compete Themes.