Press "Enter" to skip to content

15 nəfər azərbaycanlı Türkiyədə doktorantura təhsili alacaq

Bayraqdar.info – Noyabrın 2-də təhsil naziri Emin Əmrullayevin Türkiyəyə səfəri davam edir.

Səfər çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin Türkiyənin Ankara şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra E.Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada fəaliyyət göstərən H.Əliyev adına məktəbi ziyarət edib, müəssisədəki tədris prosesi ilə yaxından tanış olub.

Bu barədə bayraqdar.info-ya noyabrın 2-də Təhsil Nazirliyndən xəbər verilib.

“Nazir E.Əmrullayev səfər zamanı Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədri Abdullah Erenlə də görüşüb. Təhsil naziri YTB tərəfindən ayrılan təqaüdlər çərçivəsində Azərbaycan vətəndaşlarının Türkiyədə doktorantura səviyyəsində təhsil almasını yüksək qiymətləndirib”, – deyə xəbərdə bildirilir.

Nazirlik qeyd edir ki, YTB ilə əldə olunan razılıq əsasında 2021-2022-ci tədris ilində 15 azərbaycanlı doktorantura səviyyəsində Türkiyədə təhsil almaq hüququ qazanıb.

Mission News Theme by Compete Themes.