Press "Enter" to skip to content

Mindən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Son yeniləmə: 2 Noyabr 2021 18:33

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bugünədək 568 işəgötürən qoşularaq 3269 vakansiya təqdim edib.

Bu barədə bayraqdar.info-ya noyabrın 2-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1024 nəfər (160 şəhid ailəsi üzvü və 864 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlar isə özləri haqqında məlumatları
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.