Son yeniləmə: 1 Noyabr 2021 08:47
Bayraqdar.info – Oktyabrın 31-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyasının 22-ci qurultayı başa çatıb. Qurultayda partiyanın yeni genel başqanı seçilib.
KKTC mətbuatının məlumatına görə, bu, səslərin 60,6 fazini qazanan Faiz Sucuoğludur. Onun rəqibləri Hasan Taçoy 32,8, Zorlu Törə isə 4,6 faiz səs alıb.
Bildirilib ki, iki gün keçirilən səsvermə zamanı ümumilikdə 8727 səs verilib. F.Sucuoğlu bu səslərin 5295-ni, H.Tasoy 2869-nu, Z.Törə isə 468-ni alıb. 95 bülleten eitbarsız sayılıb.
Səsvermə başa çatandan sonra divan başqanı Sunat Atun ilk turda səs çoxluğu əldə edən F.Sucuoğlunun UBP-nin yeni genel başqanı seçildiyini bəyan edib. Rəqibləri H.Tasoy və Z.Törədən təbrikləri qəbul edən F.Sucuoğlu genel başqan kimi ilk çıxışını edib.
gundemkibris.com-un məlumatına görə, çıxışında Türkiyə ilə əlaqələrin davam etdirilməsi, iqtisadi inkişaf və xarici siyasətlə bağlı fikirlərini dilə gətirən F.Sucuoğlu “tək başına iqtidara” – , deyə bəyan edib: “Bu axşam yaşanan demokratiya nümunəsini birlikdə göstərdik. Saatlardır hamınız burdasınız. Bu enerjini və gücü gördükdən sonra “tək başına iqtidara” deyirəm. Bu güclə növbədənkənar parlament seçkisində UBP tək başına iqtidara addımlayır”.
Çıxışında rəqiblərinə minnətdarlıq edən F.Sucuoğlu partiya daxilində heç zaman küskünlüyün olmayacağını bəyan edib. Qeyd edilib ki, UBP Cümhurbaşqanı Ersin Tatarın Kıbrısla, xarici siyasətlə bağlı ortaya qoyduğu mövqeyə 100 faiz dəstək verir və bundan sonra da dəstək verəcək:“Türkiyə ilə birlikdə yolumuza davam edəcəyik. UBP-də Türkiyə sevgisi heç vaxt sorğulana bilməz. Türkiyəmiz illərdir heç bir əvəz gözləmədən hər zaman yanımızda olub. Kıbrıs türk xalqının ən böyük şansı Ana vətəninin olmasıdır”.
F.Sucuoğlu çıxışını bu sözlərlə tamamlayıb:“Bizim siyasət anlayışımızda “mən” yoxdur, “biz” varıq. Yeni formalaşacaq Partiya Məclisindəki dostlarımızla “biz” olaraq hərəkət edəcəyik”.
Qeyd edək ki, bu gün KKTC Cümhurbaşqanı E.Tatar UBP-nin yeni genel başqanı F.Sucuoğlu ilə görüşəcək. Görüşün nəticəsi olaraq yeni hökumətin qurulması, yaxud növbədənkənar seçkilərin keçirilməsinə dair qərar qəbul edilə bilər. F.Sucuoğlunun dünənki çıxışı isə qərarın ikinci istiqamət üzrə olacağını deməyə əsas verir.