Son yeniləmə: 1 Noyabr 2021 01:58
Bayraqdar.info – “Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə yaxından maraqlanmağınız bizə hər zaman güc verib”.
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Lefkoşada AK Parti genel başqan vəkili Binali Yıldırımı qəbul edərkən deyib.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, E.Tatar B.Yıldırımın səfərindən çox məmnun olduğunu qeyd edərək, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana və bütün türk xalqına sevgi və salamlarını çatdırıb.
Görüşdə B.Yıldırımın bir çox nəhəng layihələrə, xüsusilə Türkiyə-KKTC su təchizatı layihəsinə əhəmiyyətli dəstək verdiyi vurğulanıb.
KKTC Cümhurbaşqanı görüşdə həmçinin, B.Yıldırımın təcrübəli siyasətçi kimi Kıbrıs adasında iki suveren və bərabərhüquqlu dövlətin əməkdaşlığına əsaslanan, Ana vətən Türkiyə ilə tam uyğunluq içində həyata keçirilən həll modeli ilə bağlı fikirlərinin və töhfələrinin çox əhəmiyyətli olacağına diqqət çəkib.
Kıbrıs məsələsinin Türkiyə üçün vazkeçilməz bir məsələ olduğunu qeyd edən B.Yıldırım, Krans Montanadakı uğursuzluqdan sonra parametr dəyişikliyinin zəruri olduğunu deyib. O, həmçinin iki suveren, bərabərhüquqlu dövlət əsasında mübarizənin davam edəcəyini vurğulayıb.
Bölgədəki təbii sərvətlərin ədalətli şəkildə bölüşdürülməsi üçün Kıbrıs türklərinin yanında olmağa davam edəcəklərini qeyd edən B.Yıldırım bunun Türkiyə üçün də təhlükəsizlik məsələsi olduğunu bildirib.