Son yeniləmə: 1 Noyabr 2021 19:48
Bayraqdar.info – Noyabrın 1-də Bakıda Türk Keneşinə üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir.
Məlumat noyabrın 1-də bayraqdar.info-ya Baş Prokurorluqdan verilib.
“İclas çərçivəsində, həmçinin, ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.
“İclasda Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türk Keneşi baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar iştirak edir.
“Tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabana gələrək Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
“Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzən qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin məzarları üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbirin açılış çıxışlarından sonra Türk Keneşinə üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsi imzalanıb.” Məlumatda belə deyilir.