Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanıln müxtəlif yerlərində 8 noyabr – Zəfər Gününə həısr edilmiş tədbirlər keçirilir. Növbəti tədbir Niderlandın Rotterdam şəhərində keçirilib.
Bu barədə bayraqdar.info-ya noyabrın 1-də Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Niderlanddakı səfirliyinin əməkdaşlarının, Azərbaycan, türk və digər icmaların nümayəndələrinin qatıldıqları tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə baş tutub.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsivə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bakı Media Mərkəzinin hazırladığı “BİZ” filminin nümayişi ilə davam edən tədbirdə Azərbaycanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və başqaları çıxış edərək, Zəfər Günü münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik ediblər.
Onlar bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz torpaqlarımızı erməni işğalından azad etməklə Vətənimizə və xalqımıza böyük və unudulmaz xidmət göstəriblər.
Vətən müharibəsi dönəmində və ötən bir il ərzindədiaspor fəaliyyətində fərqlənən soydaşlarımıza BAK-ın hazırladığı fəxri fərmanlar təqdim edilib.
Tədbir bədii proqramla davam edib.