Bayraqdar.info – Noyabrın 1-dən ölkənin şəhər və rayonlarından dəmir yolu və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirilərkən 18 yaşdan yuxarı bütün sərnişinlərdən COVID-19 pasportu və yaxud COVID-19 sertifikatı tələb edilir.
Qərarda Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma və rayonlara gediş-gəliş üçün istifadə edilən taksi nəqliyyatı istisna təşkil edir.
Bayraqdar.info xatırladır ki, proses Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq başlayıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC hələ regionlara sərnişindaşımanı bərpa etməyib.