Press "Enter" to skip to content

Milli Məclisin deputatları Budapeştə səfər edəcəklər

Bayraqdar.info – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə noyabrın 2-də Macarıstana yola düşəcəklər. Səfərin məqsədi Zəfər Günü münasibətilə paytaxt Budapeştdə keçiriləcək tədbirdə iştirak etməkdir.

Xəbər bayraqdar.info-ya noyabrın 1-də MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

“Budapeştdə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Zəfər Günü münasibətilə tədbir təşkil olunacaq. Mərasimdə torpaqların Ermənistanın işğalından azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılacaq.

“Səfər çərçivəsində MM deputatlarının Macarıstan parlamentində bir sıra görüşləri də nəzərdə tutulub.

“Səfər noyabrın 5-də başa çatacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.