Bayraqdar.info – Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçular vətənə qayıdıblar.
Bu barədə xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.
“Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
“Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
“Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin İsparta şəhərinə yola salınıb”, – deyə xəbərdə bildirilir.