Bayraqdar.info – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Fiziki infrastruktur üzrə işçi qrupunun 29 oktyabr 2021-ci il tarixində onlayn formatda növbəti iclası keçirilib.
Bu barədə noyabrın 1-də bayraqdar.info-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xəbər verilib.
“İclas işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilib. 2021-ci ilin 9 ayı ərzində Fiziki infrastruktur üzrə işçi qrupunun Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
“Fəaliyyət Planının icrası ilə bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və “Azərsu” ASC-nin nümayəndələri tərəfindən təqdimatlar edilib.
“Daha sonra növbəti il üçün Fəaliyyət Planı layihəsi müzakirə edilərək bu istiqamətdə işlərin sürətləndirilməsi qərara alınıb.” Xəbərdə belə deyilir.