Press "Enter" to skip to content

Faiz Sucuoğluna hökuməti qurmaq səlahiyyəti

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Ulusal Birlik Partiyasının genel başqanı Faiz Sucuoğlunu qəbul edib.

Bu barədə KKTC mediası məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə Ersin Tatar Faiz Sucuoğluna yeni hökuməti qurmaq səlahiyyəti verib.

Bildirilib ki, E.Tatar UBP-nin demokratik bir şəkildə qurultayını tamamladığına işarə edərək, F.Sucuoğlunu genel başqan seçilməsi münasibətilə təbrik edib.

Yeni hökumətin qurulması səlahiyyətini F.Sucuoğluna verdiyini deyən Cümhurbaşqanı UBP-nin yeni genel başqanının bununla bağlı prosesi uğurlu şəkildə irəli apara biləcəyinə ümid etdiyini söyləyib. Arzusunun bir hökumət qurulması olduğunu bildirən E.Tatar, bununla belə növbədənkənar seçkinin də bir alternativ olduğuna diqqəti çəkib.

Öz növbəsində UBP-yə yaraşan demokratik coşqulu bir qurultayın keçirildiyini deyən F.Sucuoğlu bu gün dərhal bəzi millət vəkilləri və nazirlərlə görüşəcəyini bəyan edib. Bu görüşlərdə hökumətlə bağlı məsələnin dəyərləndiriləcəyi vurğulanıb.

Mission News Theme by Compete Themes.