Press "Enter" to skip to content

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir

Bayraqdar.info – Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə başlanılıb. Bakı şəhəri üzrə namizədlərlə keçirilən müsahibələr başa çatıb, hazırda digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində direktor müavini vəzifəsində çalışan namizədlərlə müsahibələr həyata keçirilir. Müsahibələrin ikinci mərhələsinə test imtahanında 30 bal və daha çox nəticə əldə etmiş namizədlər dəvət olunur.

Xəbər bayraqdar.info-ya noyabrın 1-də Təhsil Nazirliyindən verilib.

“Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

“Hər müsahibə gününün sonunda Nazirliyin rəsmi internet səhifəsində həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.

“İndiyədək keçirilən müsahibələrdə 112 namizəd iştirak edib, 18 namizəd uğur qazanıb.

“Qeyd edək ki, namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.