Press "Enter" to skip to content

BƏƏ-də Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Bayraqdar.info – Azərbaycan nümayəndə heyəti Dubay şəhərinə səfər edəcək. Nümayəndə heyətinə respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik edir. Səfər 2-5 noyabr tarixlərində gerçəkləşəcək.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BƏƏ-də Hökumətlərarası Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək.

Səfər şərçivəsində nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri keçiriləcək. Həmçinin, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfər təşkil ediləcək.

Mission News Theme by Compete Themes.