Bayraqdar.info – Oktyabrın 30-da İranın fars-molla rejimi insan hüquqlarını müdafiə edən daha bir fəala – Vahid Əbhəriyə məhkəmə qurub. O, 2021-ci ilin 24 iyulunda Xuzistan ərəblərinə dəstək aksiyası iə bağlı tutulmuşdu.
“Azad İran” Telegram kanalının verdiyi xəbərə görə, hakim Rza Firuğinin başçılığı ilə Təbrizin 2-ci Cəza Məhkəməsinin 111-ci bölməsində keçirilən məhkəmə iclasında V.Əbhəri barəsində “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakılığa təhrik və dəvət etmək” ittihamına baxılıb.
V.Əbhəri həm də 2016-cı ildə mədəni fəaliyytlərinə görə əmniyət qüvvələri tərəfindən tutularaq 5 gün dindirildikdən sonra azad edilib.
Bununla yanaşı o, 2017 və 2018-ci illərdə Babək qalasına illik yürüşdə iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün də saxlanılıb.
Qeyd edək ki, iyulun 24-də Təbrizdə əl-Əhvaz ərəblərinin su qıtlığı üzündən üsyanına dəstək mitinqi keçirilib. Aksiyada “Azərbaycan əl-Əhvaz, İttihad, ittihad” və bu kimi şüarlar səsləndirilib.
Təbriz sakinləri bu aksiya ilə İran hökumətinin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib. Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.
Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.