Press "Enter" to skip to content

Bu, terrorçuluğun təşviq edilməsinə xidmət edir

Leyla Abdullayeva

Son yeniləmə: 31 Oktyabr 2021 13:56

Bayraqdar.info – “ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva erməni terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

XİN-dən bayraqdar.info-ya oktyabrın 30-da verilən məlumata görə, L.Abdullayeva daha sonra bildirib: “Həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir. Ermənistan KİV-də yayılmış məlumata əsasən bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır”.

Mission News Theme by Compete Themes.