Son yeniləmə: 31 Oktyabr 2021 13:58
Bayraqdar.info – “Kuzey Kıbrıs Türk Cümhuriyyəti Aralıq dənizində sadəcə bir ada deyil, Anadolunun vazkeçilməz bir parçasıdır”.
Bunu AK Partinin genel başqan vəkili Binalı Yıldırım deyib.
KKTC-nin Ulusal Birlik Partiyasının (UBP) 22-ci qurultayında təbrik nitqi söyləyən B.Yıldırım çıxışına Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını çatdırmaqla başlayıb.
KKTC mediasının məlumatına görə, B.Yıldırım UBP-nin qurultayının uğurlu keçməsini, nəticələrin həm UBP, həm də KKTC üçün xeyirli olmasını arzulayıb.
“Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü tədbirləri ilə ürəklərimizin bir daha birlikdə döyünməsini görməkdən məmnun oldum” deyən B.Yıldırım 1974-cü il Barış Hərəkatında olduğu kimi Kıbrıs türk xalqının hüquqlarını müdafiə etməyə davam edəcəklərini bildirib: “KKTC bayrağı altında yaşayan siz, qardaş və bacılarımızın sülh, azad və müstəqil yaşamaları bizim milli davamızdır. Biz siyasətdən asılı olmayaraq, Kıbrıslı qardaşlarımızın hər problemini öz problemimiz kimi görürük”.
B.Yıldırım, KKTC-nin əbədiyyətə qədər azad yaşaması üçün Türkiyə ilə qardaşlıq əlaqələrinin davam etdirilməsinin vacib olduğunu da vurğulayıb: “Biz ət və sümük kimiyik, heç vaxt bir-birimizdən ayrılmayacağıq, hər zaman KKTC-nin yanında olmağa davam edəcəyik”.