Press "Enter" to skip to content

200 azərbaycanlı HTP çərçivəsində xaricdə təhsil hüququ qazanıb

Bayraqdar.info – Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

Xəbər bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

“HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin 148-i Macarıstan, 21-i Çin Xalq Respublikası, 10-u Latviya, 15-i Türkiyə Cümhuriyyəti (YTB xətti ilə doktorantura), 3-ü Rumıniya və 3-ü Rusiya Federasiyası üzrədir. Ümumilikdə, 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb.

“Tələbələrin qəbul aldığı universitetlər sırasında “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “MGIMO University”, “Riga Technical University” və “İstanbul Üniversitesi” üstünlük təşkil edir.

“Qeyd edək ki, HTP çərçivəsində təhsil alacaq təqaüdçülərdən biri dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində 28-ci sırada olan “Tsingua University” (Çin Xalq Respublikası) ali təhsil müəssisəsinə qəbul olub.

“Azərbaycan Respublikasının imzaladığı hökumətlərarası müqavilələrə uyğun olaraq bəzi ölkələr (Macarıstan, Çin, Qazaxıstan, Rumıniya, Tacikistan, Latviya və s.) hər il Azərbaycan vətəndaşları üçün təqaüd yerləri ayırır”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.