Press "Enter" to skip to content

Payızlıq əkinlər: İndyədək 826 min 287 hektar sahədə şum aparılıb

Bayraqdar.info – Payızlıq əkinlərlə əlaqədar bu günədək Azərbaycanda 826 min 287 hektar sahədə şum aparılıb. Bu, proqnozlaşdırılan əkin sahəsinin 81,3 faizini təşkil edir.

Bu barədə bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

“Oktyabrın 28-dək 200 min 818 ha sahədə səpin həyata keçirilib, o cümlədən 84 min 961 hektar sahədə buğda səpini, 115 min 857 ha sahədə arpa səpini aparılıb. Səpin zamanı 148 min 162 ton sertifikatlaşdırılmış buğda, 130 mni 074 ton sertifikatlaşdırılmış arpa toxumundan istifadə olunub.

“Füzuli, İmişli, Oğuz, Qubadlı, Salyan, Sabirabad, Xocalı, Yevlax və Zəngilan rayonlarında şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 100 faiz yerinə yetirilib. Ağcabədi rayonunda şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 98.2 faiz, Ağdaş rayonunda 93.1 faiz, Ağstafa rayonunda 95.2 faiz, Quba rayonunda 98.1 faiz, Saatlı rayonunda 95 faiz, Qəbələ rayonunda 97 faiz yerinə yetirilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.