Press "Enter" to skip to content

Nazir müavini Türkiyənin sənaye və texnologiya nazirinin müavini ilə görüşüb

Bayraqdar.info – Azərbaycada səfərdə olan Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin başçılıq etdiyi nümayəndə heyəti Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla görüşüb.

Xəbər bayraqdar.info-ya Nazirlikdən daxil olub.

Xəbərdə bildirilir ki, görüş zamanı Bakı şəhərində müştərək texnoparkın yaradılması üzrə atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.

“Eyni zamanda ölkədə startap ekosisteminin inkişafı ilə bağlı bu sahədə Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi barədə razılığa gəlinib.

“Görüşdə həmçinin 2022-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilə əlaqədar məsələlər müzakirə edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.