Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.
Məlumatı oktyabrın 29-da Prezidentin Mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, İ.Əliyev Türkiyə Cümhuriyyətinin milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb, türk xalqına xoşbəxtlik və rifah arzulayıb.
“Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın Azərbaycana bu yaxınlardakı səfəri məmnunluqla xatırlanıb. Bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsi olduğu və əlaqələri daha da möhkəmləndirdiyi vurğulanıb.
“Daha sonra Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın işğaldan azad olunmuş torpaqlara səfər etməsinin önəminə toxunulub. O, işğal dövründə bütün tarixi-dini abidələrin ermənilər tərəfindən məhv edildiyinin şahidi olduğunu bildirib.
“Görüşdə ölkələr arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb”, – deyə məlumatda qeyd edilir.