Son yeniləmə: 29 Oktyabr 2021 01:03
Bayraqdar.info – Eskişehir Azərbaycanlılar Dərnəyinin həftəlik təşkil etdiyi “Çərşənbə söhbətləri”nin növbətisi günümüzün aktual mövzusuna həsr edilib.
Bu barədə bayraqdar.info-ya Dərnəkdən məlumat verilib.
Bildirilib ki, “Çərşənbə söhbətləri”nin bu dəfəki mövzusu “Medianın gücü və günümüzdə media anlayışı” olub.
Eskişehirin yerli televiziya kanallarından biri olan EsTV-nin Genel yayın yönetmeni Soner Yüksel bu mövzuda məruzə edib. Tədbirdə 50-dən çox gənc və dərnək üzvləri iştirak edib. Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb.
Məlumat üçün bildirək ki, Soner Yüksel 1994-cü ildən etibarən mediada fəaliyyət göstərir. O, 2002-ci ilə qədər radioda səsləndirmə, proqram rejissoru olaraq çalışıb. 2002-ci ildən etibarən EsTV televiziya kanalında “Ana xəbər” və eyni zamanda, bir çox yerli və beynəlxalq layihələrin aparıcısı olaraq fəaliyyətini davam etdiribr. Hazırda diksiya və bədən dili təlimləri verməkdədir.
Məlumatda o da bildirilib ki, “Çərşənbə söhbətləri” hər həftənin 3-cü günü, saat 20.00-da baş tutur.