Press "Enter" to skip to content

Türkiyədə Azərbaycanın turizm potensialından bəhs edilib

Bayraqdar.info – Azərbaycan Turizm Bürosunun Antalya Turizm Sərgisində iştirakı çərçivəsində 30-a yaxın şirkətlə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycana səyahət təşkil edən, eləcə də ölkəmizə tur təşkil etməyi planlaşdıran şirkətlərlə keçirilmiş görüşlər zamanı onlara ölkəmizin, xüsusilə işğaldan azad olunmuş torpaqların turizm potensialı, müalicəvi turizm və ekoturizm məhsulları haqqında məlumat verilib.

Bundan əlavə, Türkiyənin bir sıra turizm reklam və media şirkətləri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 2019-cu ildən etibarən hər il keçirilən sərgiyə bu il 25 fərqli ölkədən 2 minə yaxın iştirakçı qatılıb.

Məlumatda o da bildirilib ki, 2021-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 20186 nəfər təşkil edib. Bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 44.6 faiz artım deməkdir.

Mission News Theme by Compete Themes.