Press "Enter" to skip to content

Oduncağın tədarük olunduğu ərazilərin siyahısı

Son yeniləmə: 28 Oktyabr 2021 10:13

Bayraqdar.info – Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Bu barədə bayraqdar.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.

“Ölkə üzrə ümumilikdə 703 m3 həcmində oduncaq tədarük olunub.

“Belə ki, Zaqatala rayonu üzrə 115 m3, Şəkidə 11 m3, Qubada 5 m3, Qusarda 164 m3, Xaçmazda 7 m3, Ağcabədidə 10 m3, Ağdaşda 11 m3, Ağdamda 37 m3, Yevlaxda 38 m3, Zərdabda 83 m3, Şamaxıda 20 m3, İsmayıllıda 32 m3, Şabranda 10 m3, Qəbələdə 109 m3, Oğuzda 41 m3, Göygöldə 10 m3 həcmində oduncaq tədarük olunub.

“Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.