Press "Enter" to skip to content

Nizami Gəncəvinin 880 illiyinə poçt markası dövriyyəyə buraxıldı

Bayraqdar.info – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Xəbər bayraqdar.info-ya Nazirlikdən daxil olub.

“Buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Blokun eskizi mövzuya uyğun olaraq tərtib edilib. Markanın üzərində N.Gəncəvinin portreti, blokun kənarlarında isə “Xəmsə”yə daxil olan poetik incilər miniatür şəklində təsvir olunub.

“Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 5 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub”, – deyə məlumatda bildirilir.

Nazirlik qeyd edir ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub. Bununla əlaqədar Nazirlər Kabineti “Dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nı təsdiq edib. Sözügedən Tədbirlər Planında bu mövzuda poçt markasının hazırlanması da əksini tapıb.

Mission News Theme by Compete Themes.