Press "Enter" to skip to content

MHP “xalqla görüş gəzintiləri”nə başlayır

MHP-nin mərkəzi qərargahı

Son yeniləmə: 27 Oktyabr 2021 23:26

Bayraqdar.info – Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkilləri, Mərkəzi İcraiyyə Komitəsi (MYK) və Mərkəzi İntizam Komitəsinin (MDK) üzvləri “Addım-Addım 2023: Vilayət-vilayət Anadolu” proqramına start verir. Anadolu Agentliyinin məlumatına görə, proqram çərçivəsində Cümhur İttifaqının layihələrindən danışılacaq, vətəndaşların tələbləri dinləniləcək.

MHP Genel başkan yardımcısı Semih Yalçın partiya təşkilatlarının “Addım-Addım 2023: Vilayət-vilayət Anadolu” mövzusunda yeni fəaliyyət proqramı ilə bağlı yazılı açıqlama verib.

Açıqlamaya görə, MHP millət vəkilləri, MYK və MDK üzvlərindən ibarət nümayəndə heyətləri, Cümhur İttifaqının Türkiyəni parlaq gələcəyə daşımaq üçün həyata keçirdiyi və həyata keçirəcəyi layihələri izah etmək, həmçinin insanların tələb və gözləntilərini dinləmək məqsədilə ölkənin dörd bir yanında xalqla görüş gəzintiləri və söhbət toplantıları təşkil edəcək.

Semih Yalçın “MHP təşkilatları Edirnedən başlayaraq bütün vilayət və mahallarda sevgili millətimizə qucaq açıb, hal-əhval tutacaq, onların motivasiyalarını ən yüksək səviyyədə tutaraq cavab verəcəklər. Trakyadan alovlandıracağımız əzm və qərarlılıq məşəli sonra Anadolunu və bütün ölkəni işıqlandıracaq” -, deyə bildirib.

Mission News Theme by Compete Themes.