Press "Enter" to skip to content

COVID-19 vaksinasiyası prosesində rüşvət alanlar istintaqda

Bayraqdar.info – “Mingəçevir Şəhər Mərkəzi Xəstəxnası”nda COVID-19 əleyhinə vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb.

Xəbər bayraqdar.info-ya Baş Prokrurorluqdan daxil olub.

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində COVID-19 əleyhinə vaksinasiya olunma barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

“Araşdırma zamanı xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunmaları barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr yaranıb.
“Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

“Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.