Press "Enter" to skip to content

Azərbaycanlı prokuror Beynəlxalq Anti-Korrupsiya Akademiyasının İdarə Heyətinə seçilib

Bayraqdar.info – Oktyabrın 27-də Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Qərargahında Azərbaycanın üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası təşkilatının Üzv Dövlətlərinin Onuncu Sessiyasının növbəti iclası keçirilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

“Sessiyada təşkilatın idarə edilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib və Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilib. Avropa Regionundan Azərbaycan Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin namizədliyi irəli sürülüb.

“Namizədlər Beynəlxalq Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış ediblər.
Gərgin rəqabət şəraitində keçən seçkidə E.Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib. Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.