Bayraqdar.info – İstanbulun yeni hava qapısı “Avropanın ən yaxşı hava limanı” adına layiq görülüb. Eyni zamanda buraya “Əlçatan hava limanı” ödülü də verilib.
Bu haqda xəbəri oktyabrın 27-də Anadolu Ajansı yayıb.
Xəbərdə deyilir ki, Beynəlxalq Hava Limanları Şurası (ACI) “17-ci ACI Avropa Ödülləri” seçimi çərçivəsində bu qərara gəlib.
AA İstanbul Hava Limanından verilən açıqlamaya əsasən bildirib ki, bu hava qapısı COVID-19-a qarşı önləmləri, əlçatanlıq üçün atdığı addımlar və davamlılığa verdiyi töhfələri ilə təqdir görüb.
Ödüllər oktyabrın 26-da Cenevrədə (İsveçrə) gerçəkləşən ACI Avropa İllik Qurultayı və Baş Məclisi çərçivəsində düzənlənən törənlə İGA Havalimanı İşlətməsi İcra Qurulu başqanı ve baş direktoru Kadri Samsunluya təqdim edilib.