Press "Enter" to skip to content

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri xüsusi təyinatlı təhsil müəssisələrində

Bayraqdar.info – Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və C.Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.

Məlumat oktyabrın 27-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Qonaqlara xüsusi təyinatlı təhsil müəssisələrinin tarixi və fəaliyyəti barədə brifinq təqdim edilib.

“Türkiyəli nümayəndə heyəti təhsil müəssisələrinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olduqdan sonra tədris prosesini izləyib.

“Professor E.Afyoncu təhsil müəssisələrindəki xatirə kitablarına öz ürək sözlərini yazıb.

“Sonda qonaqlara komandanlıq adından hədiyyələr təqdim edilib”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.