Bayraqdar.info – Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
“Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev yola salıb”, – deyə məlumatda bildirilir.