Bayraqdar.info – Türk Keneşi Türk Universitetlər Birliyinin 5-ci toplantısı oktyabrın 26-da Qazaxıstanın Türküstan şəhərində keçirilib.
Bu haqda xəbəri Türk Keneşi yayıb.
Xəbərdə deyilir ki, türk dünyasının mənəvi paytaxtı olan Türküstandakı Xoca Əhməd Yəsəvi Uluslararası Qazax-Türk Universitetinin ev sahibliyində keçirilən toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan birliyə üzv ve müşahidəçi universitetlərin rektorları və rektor yardımçıları, həmçinin digər təmsilçiləri qatılıb.
Çıxışlar dinlənilib
“Türk Keneşinin Baş katibi Bağdad Amreyev, Xoca Əhməd Yəsəvi Universiteti Himayəçilər Şurasının rəhbəri, Prof. Dr. Muhittin Şimşek və Universitetin rektoru Dr. Janar Temirbekova Türk Keneşi Baş katibinin yardımçısı Dr. Ömer Kocamanın moderatorluğunda düzənlənən toplantının açılışında tək-tək çıxış etdilər”, – deyə xəbərdə bildirilir.
B.Amreyev öz çıxışında təhsil və elmin Türk Keneşinin gündəmindəki önəmini vurğulayıb. O, bu yöndə yürüdülən çalışmalar haqqında danışıb.
Baş katib eyni zamanda 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş və dövlət rəhbərlərinin “Orhun Değişim Programı”nın genişləndirilməsinə dəstək verdiyi Türk Keneşi 7-ci Zirvə Toplantısının qərarlarına da toxunub. O, bu toplantı sonuclarının üzv dövlətlər arasında təhsil sahəsində işbirliyinə çox böyük fayda verəcəyini deyib.
Yol xəritəsi təqdim edilib
M.Şimşək və J.Temirbekova Türk Keneşi ölkələri arasında elm və təhsil sahəsində çox tərəfli əlaqələndirmə və işbirliyini genişləndirmək üçün Birliyə üzv universitetlər tərəfindən yürüdülən layihə və təşəbbüslərin önəmini vurğulayıb.
J.Temirbekova müvafiq hesabatı və 2021-2023-cü illəri əhatə edən yol xəritəsini də iştirakçılara təqdim edib.
Toplantıda iştirakçılar “Orhun Değişim Programı” ilə bağlı son gəlişmələri, yeni üzvlük müraciətlərini, 4 noyabrda İstanbulda keçiriləcək olan Türk Keneşi təhsil nazirlərinin 6-cı toplantısının gündəliyini, Türk Universitetlər Birliyi idman oyunları və türk dünyası kültür və sənət festivalı məsələlərini müzakirə edib. Eyni zamanda Tələbə Keneşi də öz fəaliyyətləri haqqında bilgi verib.
Yeni üzvlər qəbul edilib
Bundan sonra üzvlüyə namizəd universitetlərin təqdimatları dinlənilib. Ardından da Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Qazaxıstan Semey Tibb Universiteti, Qırğızıstan Batıralı Sıdıkov adına Uluslararası Qırğız-Özbək Universiteti, Ankara Universiteti, Marmara Universiteti, Uludağ Universiteti, Alanya Keykubat Universiteti, Dünya İqtisadiyyat və Diplomatiya Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Özbəkistan Kokand Universiteti Türk Keneşi Türk Universitetlər Birliyinə üzv qəbul edilib.
Toplantıda bir neçə universitet arasında işbirliyi anlaşması da imzalanıb.
Əlavə edək ki, 23 üzvü olan Türk Universitetlər Birliyinə yeni üzvlərin qəbuluyla üzvlərin sayı 34-ə çatıb.