Bayraqdar.info – 2021-ci ilin sentyabr ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 9925 vahid və ya 0,6 faiz artıb. Bununla da fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 1,71 milyon vahid təşkil edib.
Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 760, fiziki şəxslər üzrə 8437, torpaq mülkiyyətçiləri üzrə isə 728 vahid artıb.