Press "Enter" to skip to content

Hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub – VİDEO

Bayraqdar.info – Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, təlim toplanış məntəqəsinin qərargahında hərbi vəzifəlilərin müvafiq qeydiyyatı aparılıb, onlar həkim müayinəsindən keçiriliblər. Daha sonra hərbçilərə hərbi geyim və digər təminat növləri verilib.

“Sonra toplanışa cəlb olunan heyət üçün H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

“Hərbi hissənin sıra meydanında xüsusi təyinatlıların nümunəvi çıxışları hərbi vəzifəlilər tərəfindən maraqla qarşılanıb.

“Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

“Toplanışda hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, orduda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyəcəklər.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.