Press "Enter" to skip to content

DOST Agentliyinin beynəlxalq uğuru

Bayraqdar.info – Ölkəmizdə dövlət sosial xidmətləri sahəsində innovativ nailiyyət olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi beynəlxalq arenada da böyük maraqla qarşılanır. Belə ki, DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin (ASŞ) “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsinin finalçıları siyahısında “Texnoloji alətlər” və “Möhtəşəm heyət” nominasiyaları üzrə iki yer qazanıb.

Bu barədə bayraqdar.info-ya oktyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə sosial xidmətlər sahəsində təşəbbüsləri, pandemiya dövründə yeni innovativ təcrübələrin tətbiqi əsasında insanların qayğı ilə əhatə olunması üçün kreativ həllərin tətbiqi, yeni texnologiya alətlərinin işə salınması və s.üzrə əldə olunan nəticələridəyərləndirmək məqsədi daşıyır.
Müsabiqənin qalibləri münsiflər heyətinin səsləri ilə ictimai səsvermənin nəticəsinin cəmi əsasında müəyyən olunacaq.

O da vurğulanıb ki, DOST Agentliyinin müsabiqənin final mərhələsində iki yerlə qərarlaşması DOST konsepsiyasının Avropa məkanında sosial sahə üzrə ən mütərəqqi təcrübələrdən biri kimi tanınaraq seçildiyin bir daha göstərir. Bundan əvvəl isə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Şurasının üzvü seçilib və şəbəkənin müxtəlif tədbir və müzakirələrində fəal iştirak edib.

Məlumat üçüun qeyd edilib ki, “Avropa Sosial Xidmətlər Mükafatı – 2021” müsabiqəsininfinal tədbirinin dekabrın 3-də keçirilməsi nəzərdə tutulur. Tədbirdə DOST Agentliyinin nümayəndə heyəti də finalçı və Avropa Sosial Şəbəkəsi Şurasının üzvü qismində DOST fəaliyyətinə dair təqdimatla çıxış edəcək.

Mission News Theme by Compete Themes.