Bayraqdar.info – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclasının 2021-ci il 29 oktyabr tarixində saat 15:00-da keçirilməsi nəzərdə tutulub.
Xəbər bayraqdar.info-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
“İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı hesabatların dinlənilməsi nəzərdə tutulur. Həmçinin, işçi qrupunun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi də planlaşdırılır.
Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək və ya işçi qrupun iclasında iştirak etmək arzusunda olan şəxslər “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.